"Real" "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virtzlə yaxından maraqlanır.
 
Matc.az xəbər verir ki, Madrid klubunun aparıcı skautlarından biri Felipe Martin 21 yaşlı alman futbolçunun hər matçını tribunadan izləyir.
 
Florian daha bir mövsümü "Bayer"də keçirmək niyyətində olduğu üçün onun İspaniya klubuna keçidi 2025-ci ildə baş tuta bilər.
 
Bu mövsüm Leverkuzen təmsilçisi üçün Virtz 45 matçda, 18 qol vurub və 19 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest