"Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. "Qarabağ" işimizi çox çətinləşdirdi, yaxşı komandadı".
Avrokuboklarda qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasında 16, Avropa Liqasında isə 24 qarşılaşma baş tutub ki, bu da cədvəldə bəzi dəyişikliklərə yol açıb.
"Allaha şükür, bizim üçün əla qələbə oldu. Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey bizdən asılıdı. Çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, kollektivdə hamının bir-birinə köməyi nəticəsində reallaşdı".
Avropa Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. UEFA 4 futbolçunun adını azarkeşlərə təqdim edib. Həftənin ən yaxşısı adına Markus Reşford, Esteban Qranero, Enzo Krivelli və Munir El Hadadi namizəddilər.
Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-lə qarşılaşacaq "Qarabağ"ın nümayəndə heyəti Kipr klubunun muzeyinə baş çəkib. Kipr təmsilçisinin prezidenti Prodromos Petrides "Qarabağ" rəsmiləri üçün ekskursiya təşkil edib.
"Avropa nəhənglərindən olan "Sevilya" ilə qarşılaşacağıq. Oyunçularımı həvəsləndirməyə, məsələnin vacibliyini, çox insanın bizi izləyəcəyini söylədim. Sevilyadakı qarşılaşmada öz gücümüzü sınadıq"
"Beqoviçin "Stok Siti" və "Çelsi"də oynadığını bilmirdim. Onun qapısına yol tapmaq yaxşı hissdi, ancaq digərlərinə də qol vurmağa çalışmalıyıq. Ən böyük arzum İngiltərə Premyer Liqasında oynamaqdı. İspaniya La Liqası və Belçika çempionatı da pis olmaz. Görək, mövsümün sonunda necə olacaq".
Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" oyununa maraq o qədər də yüksək deyil. Oyun zamanı tribunaların ən azı yarısı boş qalacaq. Klub rəhbərliyinin çoxsaylı çağırışlarına baxmayaraq, nikosiyalılar oyuna getməməyi üstün tuturlar.
"Şəxsən mən Vourosa çox inanıram. Həmçinin Draqan Mixayloviç və Nikolas Yoannu da müdafiədə çıxış etməyə layiqdi. O ki qaldı yarımmüdafiə mövqeyinə, şəxsən mən tək hücumçunun arxasında 3 oyunçuya yer verərdim. Onlardan biri mütləq Alef olmalıdı".
"Son 5 ilin ən gərgin çempionatını izləyirik. Bu mənada APOEL-in Avropa Liqasında uğurlu çıxışı çox vacibdi. "Qarabağ"la matçda APOEL-i bütün Kipr dəstəkləməlidi. Çünki bu oyun Kiprin Çempionlar Liqasında iki komanda ilə təmsil olunmasına yol aça bilər".
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.