"Sevilya" "Qarabağ" önünə hansı futbolçularla çıxacaq?
Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq "Sevilya" oyunun hazırlıqlarını davam etdirir. Əndəlüs təmsilçisi heyətinə bir neçə gənc oyunçu da cəlb edib. Xose Mariya Amo, Felipe Çakarteqi və Cenaro əvəzedici heyətdən əsas komandaya yüksəlib.



























