Voleybolçuların paradından sonra Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlətin ölkə idmanına, o cümlədən voleybola göstərdiyi diqqət və qayğıdan danışıb.
Voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də Dərnəgüldəki Voleybol Mərkəzində başlayacaq. Əvvəlcə qadınların yarışında "Azərreyl"lə "Abşeron" üz-üzə gələcək. Bu görüşün ardından açılış mərasimi olacaq.
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Komandamız yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə Famil Ağayev, Vasif Talıbov və Eldar Yusifovdan ibarət "trio"nun rəhbərliyi altında çıxacaq.
Voleybol üzrə kişi və qadın komandalar arasında keçiriləcək Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. Dairəvi sistemlə keçiriləcək birinciliyə dekabrın 14-də start veriləcək. Kişilərin çempionatında 7 klub mübarizə aparacaq.
Voleybol üzrə milli komandalar arasında keçirilən Avropa Liqası yarışlarının əsasnaməsində dəyişiklik edilib. Yeni mövsümdən turnir fərqli formada təşkil olunacaq. Belə ki, Avropa üzrə reytinqi yüksək olan komandalar "Qızıl", digərləri isə "Gümüş" Avropa Liqasında iştirak edəcəklər.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.