“Zirə” - “Neftçi” oyunu FIFA referisinə tapşırıldı
Misli Premyer Liqasında XXII turun oyunlarının hakimləri bəlli olub. Matc.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi qarşılaşmalara təyinatları açıqlayıb. “Zirə” ilə “Neftçi” arasındakı prinsipial qarşılaşma təcrübəli hakimə tapşırılıb. Belə ki, matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.



























