“Qarabağ” rekordunu təkrarladı
Misli Premyer Liqasında 2024-25 mövsümünün ən böyük hesablı nəticəsi təkrarlanıb. Matc.az xəbər verir ki, XXII turda “Səbail”i qəbul edən “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib. Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb.



























