Portuqaliya Futbol Federasiyasının İntizam Şurası milli komandanın toplanışını icazəsiz tərk edən hücumçu Kriştiano Ronaldoya qarşı intizam araşdırmasına başlayıb.
Matc.az xəbər verir ki, bu barədə ölkənin nüfuzlu "A Bola" nəşri federasiyanın rəsmi bəyanatına istinadən məlumat yayıb.
Qurumun yaydığı rəsmi açıqlamada bu ifadələr yer alıb:
"7 oktyabr 2026-cı il tarixində qeydə alınan faktların intizam məsuliyyəti yaradıb-yaratmadığını aydınlaşdırmaq məqsədilə, oktyabrın 9-da Ronaldonun barəsində intizam araşdırmasına başlanılıb. İşin başlandığı tarixə qədər qüvvədə olan avtomatik kənarlaşdırma qərarı qorunmaqla, futbolçunun fəaliyyətinin müvəqqəti olaraq dayandırılması müəyyən edilib və işə təcili statusu verilib. Oktyabrın 10-da iş Portuqaliya Futbol Federasiyasının İntizam Təhqiqat Komitəsinə göndərilib. İstintaq başa çatana qədər iş materiallarının mətbuatda dərci qadağandır".
Xatırladaq ki, yaşanan bu insident səbəbindən təcrübəli hücumçu avtomatik olaraq Portuqaliya milli komandasının kapitanı vəzifəsindən kənarlaşdırılıb.













