Azərbaycan Premyer Liqasında VII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Zirə" öz meydanında "Şamaxı"nı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə "Sumqayıt" "Qəbələ" ilə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq bu oyunun start fiti saat 19:30-da səslənəcək.

Premyer Liqa
VII tur
10 oktyabr (şənbə)


17:00. "Zirə" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə İdman Kompleksinin stadionu


19:30. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
"SOCAR Polymer Arena",

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest