Əfsanəvi almaniyalı yarımmüdafiəçi Toni Kroos məşqçilik karyerasına başlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə Goal.com idman nəşri məlumat yayıb.

Bildirilir ki, Kroos İspaniya Kral Futbol Federasiyasına gələn mövsüm istənilən səviyyədə komandaları çalışdırmağa imkan verən A kateqoriyalı məşqçilik lisenziyası almaq üçün kurslarda iştirak etmək istədiyini bildirib.

Xatırladaq ki, Kroos 2024-cü ilin yayında 34 yaşında futbolçu karyerasını başa vurub. Bu ilin yazında almaniyalı sabiq oyunçunun "Real"ın idman strukturunda rəhbər vəzifələrdən birinə qayıda biləcəyi barədə xəbərlər yayılmışdı.

Kroos 2014-cü ilin yayından Madrid klubunda çıxış edirdi. O, həmçinin Münhen klubunun da şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest