09 Oktyabr 2026, 23:52
FUTBOL
Portuqaliya milli komandasının və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 980-ci qolunu vurub.
Matc.az xəbər verir ki, bu barədə "Çempionat" portalı məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı hücumçu Səudiyyə Pro Liqasının 2026/2027 mövsümünün 8-ci turunun "Əl-Diriyə" ilə matçının 23-cü dəqiqəsində rəqib qapısına yol tapıb. Hazırda Ronaldonun Portuqaliya yığmasının heyətində 146, klub səviyyəsində isə 834 qolu var.
Təcrübəli forvard 2023-cü ilin yanvarından bəri "Əl-Nəsr"də çıxış edir. Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalında futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.













