"Baş məşqçi fərqli düşünsə, komanda da ona uyğun oyun sərgiləyəcək".

"Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda doğma meydanda "Sabah" ilə 0:0 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qol epizodlarınızı vura bilməməyiniz nə ilə bağlıdır, şanssızlıq, yoxsa texniki boşluqlar var?
- Mənə həm "Neftçi"nin, Həm də "Sabah"ın performansı çox xoşuma gəldi. Biz bilirdik ki, kimlə oynayırıq. Çempion komandaya, ÇL-də oynayan komandaya qarşı oynayırdıq. "Sabah" "Mançester Yunayted"ə 0:4 uduzsa da, yaxşı futbol nümayiş etdirdi. Komanda əzmkar oyun göstərirdi. Bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Biz epizodlardan istifadə edə bilmədik. Səhv etmirəmsə, "Sabah" 6 matçda cəmi 1 qol buraxıb. Bu da onu göstərir ki, onların çox yaxşı müdafiəsi var. Futbolçularıma minnətdaram ki, intensivliyi qorudular. Mübarizələri uduzmurdular. Əlbəttə ki, təəssüf qol olmadı, bircə bu xoşumuza gəlmədi. Futboldur, nəzərə alın ki, çempionla oynayırıq. Bu xal da bizi qane edir ki, irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, bizdə də onlarda da milliyə gedənlər oldu. Bizdən 8 oyunçu milliyə getmişdi, onlardan 10 futbolçu. Denzel Jubitana dünən gəlmişdi, Sessi Almeyda qoşula bilmədi. Yaxşı olan odur ki, mən və həmkarım üçün, millidə oynayır futbolçularımız. Millinin şansı var ki, qrupda da birinci yeri tutsunlar.

- Sizcə, bu gün bir xal itirdiniz, yoxsa iki xal qazandınız?
- Mən baş məşqçiyəm və baş məşqçi üçün iki xal itirmək deməkdir. Çünki həmişə üç xal istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas eyni fikirdədir ki, iki xal itirib. Rəqib hansı komanda olsa da, belədir. Baş məşqçi fərqli düşünsə, komanda da ona uyğun oyun sərgiləyəcək.

- Emil Səfərova qarşı kobudluq zamanı rəqib futbolçuya sarı vərəqə verilməsini necə qiymətəndirirsiz?
- Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Bəzən qışqıra bilərəm oyun ərzində. Amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, həm bizə, həm də digər komandaya normal münasibət sərgilədi. Cinayət olan bir şey görmədim.

- Növbəti oyunlar "Qarabağ" və "Turan Tovuz"a qarşıdır. Bu matçlarda neçə xal sizi qane edəcək?
- Bir daha təkrar edirəm, hər zaman qalib gəlmək istəyirəm. Fərq etməz evdə oynayırıq, yoxsa səfərdə oynayırıq. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq.

- Klisman ikinci hissənin əvvəlində artıq zədələnmişdi. Olmazdı ki, son 15-20 dəqiqə müdafiə və hücumu birləşdirmək üçün Emin Mahmudovu meydana buraxasınız?
- Oyundan öncə götür-qoy edirik ki, kim-kimi əvəzləyəcək. Öncədən qərar veririk. Emil Səfərov meydana daxil oldu, intensivliyi saxlamaq lazımdır. Gənc futbolçudur. İntensiliyi saxlamağa çalışdı. Bu gün belə düşündük. Qarşıdakı matçda fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, hamını isə meydana buraxa bilmərəm. Bu gün dörd oyunçunu dəyişdik. Qustavo meydanda çıxanda gecikməyə görə bir dəqiqə fasilə verildi. Orada tam başa düşmədim ki, bu əvəzetmədən sonra bizim bir oyunçu dəyişmək haqqımız qalır, yoxsa iki? Hakim matçdan sonra dedi ki, 2 oyunçunu əvəzləyə bilərdiz. Açığı istəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər. Ona görə də 4 oyunçunu əvəzləyə bildik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest