"Kəpəz"in gənc və istedadlı futbolçusu Ömərin müsahibəsi yayımlanıb.
"Kəpəz"in gənc və istedadlı futbolçusu Ömərin müsahibəsi yayımlanıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İki həftə ərzində həm AFFA Gənclər Liqasında, həm də U-17 Liqasında "Turun rəmzi komandası"na seçilən gənc oyunçu bu uğurunu şərh edib.
Adını rəmzi komandada görməyin zəhmətinin bəhrəsi olaraq vacib olduğunu bildirən Ömər üçün əsas prioritetin komandasının qələbə qazanması olduğunu vurğulayıb. Futbolda həm qol vurmağı, həm də məhsuldar ötürməni önəmli sayan yarımmüdafiəçi qol vurmağı açar ötürmə verməkdən daha üstün tutduğunu qeyd edib.
Müasir futbolda statistikanın roluna toxunan oyunçu, rəqəmlərin performans qiymətləndirilməsi üçün çox vacib olduğunu, lakin futbolçunun komandaya verdiyi faydanı yalnız rəqəmlərlə ifadə etməyin mümkün olmadığını bildirib.
Gələcək hədəflərindən danışan istedadlı futbolçu 4-5 ildən sonra özünü daha təcrübəli oyunçu kimi görmək, böyük klublarda çıxış etmək və Azərbaycan milli komandasına dəvət almaq istədiyini diqqətə çatdırıb.













