Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsinin bu gün keçirilən iclasında II Liqa klubları ilə bağlı bir sıra cərimə qərarları qəbul edilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsinin bu gün keçirilən iclasında II Liqa klubları ilə bağlı bir sıra cərimə qərarları qəbul edilib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, II Liqanın V turunun matçlarında baş verən qayda pozuntularına görə klublar ümumilikdə 760 manat məbləğində cərimələniblər. Ən ağır sanksiyalar təşkilati qüsurlara və intizamsızlığa görə "Şəmkir" klubuna tətbiq olunub. Belə ki, komanda oyunun protokolunu gec təsdiqlədiyinə, matça təcili tibbi yardım avtomobilinin gecikməsinə və cari mövsümdə artıq ikinci dəfə həkimin olmamasına görə ümumi hesabla 470 manat ziyana düşüb.

Bununla yanaşı, tur çərçivəsində "Zəngəzur" klubu da elektron sistemdə sənədləşməni yubatdığı üçün pul cəriməsinə məruz qalıb. Futbolçuların meydandakı aqressiv davranışı isə "Şəki", "Şəmkir" və "Şirvan" komandalarının büdcəsinə mənfi təsir edib. Hər üç klubun heyətində limitdən artıq oyunçunun sarı vərəqə alması rəsmi cərimə qərarları ilə nəticələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest