Kriştiano Ronaldo sifarış vərəqində yer alsa da, son 18 ildə ilk dəfə Portuqaliya millisinin rəsmi oyununda meydana çıxmayıb.
Matc.az xəbər verir ki, Jorje Jezusun yetirmələri Millətlər Liqasının II turunun oyununda səfərdə Norveçə qalib gəlib (2:1). Komandanın təcrübəli kapitanı bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
Sonuncu dəfə belə bir hal AVRO-2008-in qrup mərhələsində yaşanmışdı. O vaxt Kriştiano İsveçrəyə uduzduqları oyunda (0:2) meydana çıxmamışdı.
Qeyd edək ki, Uelsə qarşı keçirilən əvvəlki matçda (1:0) Ronaldo əsas heyətdə yer almışdı. Baş məşqçi 41 yaşlı hücumçunu qarşılaşmanın 67-ci dəqiqəsində əvəzləmişdi.
Xatırladaq ki, Kriştiano Ronaldo milli komandalar tarixində ən yaxşı bombardirdir. Ulduz hücumçu Portuqaliya yığmasında 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib.













