16 Avqust 2026, 19:12
FUTBOL
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.
Matc.az xəbər verir ki, biletləri onlayn şəkildə "Iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" – "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.













