16 Avqust 2026, 18:46
FUTBOL
Dortmundun "Borussiya" klubu PSV-nin yarımmüdafiəçisi Coui Vermanı transfer edəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq transfer barədə razılığa gəliblər və keçid məbləği 21,5 milyon avro təşkil edəcək. Müqavilə 5 illik müddətə nəzərdə tutulub.
Verman 2022-ci ilin yanvarında 6 milyon avro qarşılığında "Herenven"dən PSV-yə keçib. O. Eindhoven klubunun heyətində keçirdiyi 198 matçda rəqib qapılarına 31 qol vurub və 67 məhsuldar ötürmə edib.













