"Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martines Turin "Yuventus"una keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Turin təmsilçisi Martinesin transferi üçün yeni təklif irəli sürüb və bu təklif "Aston Villa"nın tələblərinə olduqca yaxındır. İngiltərə klubu qapıçısı üçün 10 milyon avro əldə etmək istəyir, "Yuventus" isə 7 milyon avro və əlavə 3 milyon avro mümkün bonuslar təklif edib.

Qeyd edək ki, 33 yaşlı qapıçı 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, ötən mövsüm İngiltərə klubunun heyətində 44 matçda meydana çıxıb, qapısından 49 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest