Lionel Messinin 8 yaşlı oğlu Çiro "İnter Mayami" U-8 komandasının heyətində uşaqlar arasında keçirilən "Dreams Cup" turnirinin qalibi olub. Bununla yanaşı, kiçik Messi yarışın ən məhsuldar oyunçusu seçilib və 2 qol vurduğu final matçının ən yaxşı futbolçusu adını qazanıb.

Matc.az xəbər verir ki, oyundan sonra müsahibə verən kiçik Messi komandanın uğurunun sirrinin baş məşqçinin tapşırıqlarını yerinə yetirmək olduğunu söyləyib.

O, qalib gəldikləri üçün böyük xoşbəxtlik hiss etdiyini dırnaq arasında bu cür ifadə edib: "Biz hamımız komanda olaraq çox çalışdıq və məşqçimizin dediklərinə əməl etdik, qələbənin əsas səbəbi budur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest