"Şəfa" yenə öz ampluasındadı: klub növbəti "bomba" transferi ilə futbol ictimaiyyətini şoka salıb.

İndi gündəm "Sabah" və "Qarabağ"ın avrokuboklarda pley-off mərhələsinə vəsiqə qazanması, yeni mövsümün start götürməsi yox, "Şəfa"nın unikal tapıntısıdı)

Belə ki, fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə birbaşa 2+1 illik "möhtəşəm" müqavilə bağlanıb. Gözlərimiz dolub, sevincdən yerə-göyə sığmırıq.

25 yaşlı "ulduz" son olaraq Belçikanın futbol qitəsini silkələyən, bütün dünyanın ayaq üstə alqışladığı (!) “Akren-Lessin” klubunda çıxış edib.

Bu transfer xəbərini böyük qürurla Əfran İsmayılovun vitse-prezidenti olduğu "Şəfa" paylaşıb. Bizə də qalır bu transferi araşdırmaq.

Təsəvvür edin, Diav haqda nə "Transfermarkt"da, nə də digər ciddi futbol saytlarında bircə cümləlik xəbər yoxdu. Şəxsən mən 2 gündü axtardım, tapılmır ki, tapılmır! Adı hansısa dəftərdə olmayan bu şəxsiyyət Belçikanın dördüncü liqasının da dərinliklərində,hansısa kənd turnirlərində top qovurmuş...

Maraqlıdı, Əfran bu həvəskarı hansı "uğurlu" skautinq nəticəsində tapıb? Baş məşqçi Zaur Həşimov 25 yaşlı fransızın hansı "gizli istedadını" kəşf edib?

Görünən odu ki, Diav da Əfran və Zaur kimi "istedad" olsa, vay "Şəfa"nın da, Kənan Sadıqlının da halına!

SAMİR

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest