"Arsenal"ın baş məşqçisi Mikel Arteta Qvardiolanın "Mançester Siti"dən ayrılmasından sonra Premyer Liqada titul uğrunda mübarizə barədə danışıb, həmçinin "Siti"nin "topçular"ın əsas rəqibi olaraq qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə ESPN idman nəşri məlumat yayıb.

Bildirilir ki, mütəxəssis rəqiblərinin çox olacağını qeyd edib: "Bizim çoxlu rəqibimiz olacaq. Komandaların heyətlərinə, məşqçilərə və klublara baxsanız, bunun belə olduğunu görərsiniz, lakin biz bunu onsuz da bilirik. Biz özümüzə diqqət yetirməli və özümüzə ən yaxşı şansı vermək üçün əlimizdə olan bütün resurslardan maksimum yararlandığımıza əmin olmalıyıq. Sonrası isə günbəgün irəliləyəcəyimiz çox və çox uzun bir yoldur".

Qeyd edək ki, bu gün "Arsenal" İngiltərə Superkuboku matçında "Mançester Siti" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest