"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Ukraynanın "Dinamo" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Polşada baş tutan ilk görüşdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdırlar.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
20:00. "Qarabağ" - "Dinamo
Baş hakim: Stüart Attvell
Baş hakimin köməkçiləri: İan Hussin, Nik Qrinhalq
Dördüncü hakim: Lyuis Smit
VAR: Peter Bankes
AVAR: Ceyms Bell
Tofiq Bəhramov adına Respublika stadionu (Bakı)













