"Real", "Mançester Siti", "Çelsi" və "Tottenhem" klubları bu yay "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allisterlə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" idman nəşri məlumat yayıb.
Bildirilir ki, mersisaydlılar futbolçunu komandada saxlamaq istəyirlər, bu səbəbdən də cari ilin sonunda onunla yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağı planlaşdırırlar.
27 yaşlı oyunçunun hazırkı sözləşməsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Liverpul" transfer bazarındakı qiyməti 70 milyon avro olan Mak Allister üçün 100 milyon avroluq qiymət təyin edib.
Argentina millisinin üzvü özü də karyerasını yeni baş məşqçi Andoni İraolanın rəhbərliyi altında "Liverpul"da davam etdirmək istəyir. O, mersisaydlıların yeni layihəsinin liderinə çevrilmək niyyətindədir.













