01 Avqust 2026, 19:10
FUTBOL
"Bornmut" "Benfika"nın müdafiəçisi Antoniu Silva ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, müqavilənin detalları hələlik açıqlanmayıb.
Transfer məbləği 25 milyon avro təşkil edəcəyi bildirilir.
Silva "Benfika" akademiyasının yetirməsidir. O, əsas komandanın heyətində 183 matçda meydana çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçu həmçinin Portuqaliya millisinin heyətində 20 oyun keçirib.












