Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının 1/4 finalındakı rəqibləri İsveçrə barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Asan oyunlar və ya eyni rəqiblər olmur. İsveçrə çox yaxşı komandadır. Onlar hər zaman mübarizə aparırlar, ənənələri və təcrübəli oyunçuları var. Bura təsadüfən gəlməyiblər. Xüsusilə fiziki baxımdan güclüdürlər", – deyə Skaloni açıqlma verib.

Argentina və İsveçrə arasındakı matç iyulun 11-dən 12-nə keçən gecə Kanzas-Sitidə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

İsveçrəyə qarşı oyunda qələbə qazanacağı təqdirdə, Argentina millisi dünya çempionatının yarımfinalında İngiltərə və Norveç yığmaları arasındakı matçın qalibi ilə qarşılaşacaq. Həmin görüş isə bu oyundan 4 saat əvvəl başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest