Almaniya Futbol İttifaqı (DFB) ilə "Borussiya" və "Liverpul"un keçmiş çalışdırıcısı Yurgen Klopp arasında sonuncunun Almaniya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması barədə prinsipial razılıq əldə edilib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, Nyu-Yorkda aparılan danışıqlardan sonra irəliləyiş qeydə alınıb. Tərəflər 2030-cu ilin dünya çempionatının sonuna qədər müqavilə imzalamaq barədə razılığa gəliblər. İndi yalnız bir neçə son detalın dəqiqləşdirilməsi qalıb.

Onun "Red Bull"dan ayrılmasının gələn həftənin əvvəlindən gec olmayaraq Nyu-Yorkda Oliver Mintslaff ilə tam şəkildə razılaşdırılacağı gözlənilir.

DFB mütəxəssislə əldə olunan razılığı bu gün, iyulun 11-də rəsmən elan etməyi planlaşdırır.

Xatırladaq ki, Klopp Almaniya millisinin baş məşqçisi postunda Yulian Naqelsmannı əvəzləyəcək. Naqelsmann 2026-cı ilin dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirdən kənarlaşdıqdan sonra istefaya göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest