Argentina Futbol Assosiasiyası (AFA) DÇ-2026-nın 1/8 finalında Misir millisi ilə keçirilən oyunda baş hakim Fransua Leteksyeinin idarəçiliyini şübhə altına alan elektron məktubun sızmasından sonra haker hücumuna məruz qalıb.
Argentina Futbol Assosiasiyası (AFA) 2026-cı il dünya çempionatının 1/8 finalında Misir millisi ilə keçirilən oyunda baş hakim Fransua Leteksyeinin idarəçiliyini şübhə altına alan elektron məktubun sızmasından sonra haker hücumuna məruz qalıb.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, bəzi akkreditasiya olunmuş jurnalistlər AFA ilə əlaqəli hesabdansa elektron məktub alıblar.
"Əziz dünya, təhlükəsizlik bir illüziyadır, elə o matçın dürüstlüyü kimi. Misir şərəflə oynadı. Argentina qalib gəlmədi - qələbə korrupsiyalaşmış hakim qərarları ilə əlimizdən alındı. 90 dəqiqəlik ədalətsiz hakimlik, xəyali qərarlar", - deyə göndərilən məktubda qeyd olunub.
Sonradan qurum kiberhücumun qurbanı olduğunu etiraf edib. Vəziyyətə misirli hakerlərin aidiyyatı ola biləcəyi qeyd edilir. Onlar elektron poçt ünvanlarını, şifrələri və İP ünvanları ələ keçirərək ixtisaslaşdırılmış forumlarda paylaşıblar.
Misir Futbol Federasiyası Argentina ilə oyundakı məğlubiyyətdən (2:3) sonra fransalı hakimlərin işindən FİFA-ya şikayət ünvanlayıb. "Fironlar"ın baş məşqçisi Hossam Hassan isə dünya çempionatının təşkilatçılarını sərt tənqid atəşinə tutub.













