Beynəlxalq Futbol Federasiyası Folklend müharibəsi ilə bağlı ingiltərəli hakimlər Maykl Oliver və Entoni Teylorun 2026-cı il dünya çempionatında Argentina millisinin oyunlarında ədaləti qorumasına icazə vermir.

Matc.az xəbər verir ki, bu barədə "The Independent" nəşri ali futbol qurumunun nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hakimlərin seçimində işin keyfiyyətindən əlavə, əsas meyar geosiyasi vəziyyətdir. Referi nəticəsi birbaşa öz milli komandasının maraqlarına təsir edə biləcək qarşılaşmaya təyin olunmur. Lakin bu prinsip yalnız turnirin finala ən yaxın mərhələsinə şamil edilir. Məhz buna görə də tamamilə argentinalılardan ibarət hakimlər briqadası 1/4 finalın Fransa – Mərakeş matçında güclünü müəyyənləşdirib. Halbuki cənubi amerikalılar potensial olaraq Fransa ilə yalnız finalda qarşılaşa bilərlər.

FİFA nümayəndəsi Folklend müharibəsinin hakimlər briqadasının təyinatı zamanı həqiqətən nəzərə alındığını təsdiqləyib. Bu səbəbdən ingiltərəli referi nə Argentina yığmasının oyunlarını, nə də nəticəsi bu komandanın turnirdəki gələcək yoluna birbaşa təsir göstərəcək matçları idarə edə bilməz. Analoji qayda argentinalı hakimlərə münasibətdə də qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest