FİFA dünya çempionatının final oyununun keçiriləcəyi ABŞ-nin Nyu-Cersi ştatındakı "Met-Layf Stadium" arenasının qazon parçalarını satışa çıxaracaq.

FİFA dünya çempionatının final oyununun keçiriləcəyi ABŞ-nin Nyu-Cersi ştatındakı "Met-Layf Stadium" arenasının qazon parçalarını satışa çıxaracaq.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, arenanın ot örtüyünün bir parçasının start qiyməti 450 dollar təşkil edəcək. Bununla yanaşı, alıcıların "Met-Layf Stadium" stadionunun qazonundan hazırlanan müxtəlif qiymətli kolleksiya dəstlərini də əldə etmək imkanı var. Satışda 900, 1200 və 3000 dollar dəyərində dəstlər təklif olunur.

Bu dəstlərə dünya çempionatının loqosu, finalın keçiriləcəyi məkan, tarix və matçın yekun hesabının əks olunduğu akril qoruyucu daxil edilməlidir. Həmçinin bu dəstin sahibi cari dünya çempionatının "orijinallığı" haqqında sənədli filmin yazıldığı USB yaddaş kartı da əldə edəcək.

Beynəlxalq futbol qurumu bütün qazon parçalarını və kolleksiya dəstlərini satacağı təqdirdə təxminən 11 milyon dollar gəlir əldə etməyi planlaşdırır. Lakin bu satınalmanı hər kəs yox, yalnız ABŞ, Böyük Britaniya və Avropa ərazisində yaşayan müştərilər reallaşdıra bilərlər.

Qeyd edək ki, cari dünya çempionatının final qarşılaşması iyulun 19-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest