İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının 1/4 finalında Belçika üzərində qazanılan qələbədən sonra növbəti mərhələdə Fransa yığmasına qalib gələ biləcəklərini düşünür.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis futbolçularının əzmkarlığını yüksək qiymətləndirib: "Bu, komandanın xarakteridir. İşinə bu qədər sadiq olan və təkmilləşməyə can atan bir komandaya məşqçilik etmək mənim üçün bir şərəfdir.

Fransanı məğlub edə biləcəyimizi düşünmək üçün əsaslarımız var. Bunun üçün çox çalışacağıq. Biz onlara iki dəfə qalib gəlməyi bacaran yeganə komandayıq. Bir möhtəşəm komanda digər möhtəşəm komanda ilə qarşı-qarşıya gələcək".

Xatırladaq ki, "Furiya Roxa" Fabian Ruisin və son dəqiqələrdə fərqlənən Mikel Merinonun qolları sayəsində Rudi Qarsiyanın komandasını üstələməyi bacarıb. Luis de la Fuentenin yetirmələrini iyulun 14-də Fransa ilə çətin yarımfinal sınağı gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest