Misir millisinin əfsanəvi hücumçusu Məhəmməd Salah karyerasını MLS-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı hücumçu ilə "Sportinq Kanzas-Siti" klubu yaxından maraqlanır. Amerika təmsilçisi heyətinə dünya səviyyəli ulduz qatmaq niyyətindədir və Salah üçün maliyyə baxımından çox cəlbedici təklif hazırlayıb.

Digər bir amil isə "Sportinq"in əsas şərikli sahibinin misir əsilli Piter Malluk olması ola bilər. Klub rəhbərliyi onun Salahı amerikalıların təklifini qəbul etməyə razı salacağına ümid bəsləyir. Buna baxmayaraq, hücumçunun karyerasını davam ettirməsi üçün ən real variant olaraq Səudiyyə Ərəbistanı qalmaqdadır.

Xatırladaq ki, cari ilin iyul ayından etibarən Salah azad agent statusundadır - onun "Liverpul" ilə müqaviləsi iyunun sonunda başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest