Liam Rosenyor "Paris"ə başçılıq etməyə razılıq verib. 41 yaşlı mütəxəssis bu vəzifədə Antuan Kombuareni əvəz edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Bildirilir ki, "Çelsi"nin keçmiş baş məşqçisi ilə Fransa klubu "2+1" sxemi üzrə müqavilə barədə danışıqlar aparır.

Rosenyor ötən mövsümə "Strasburq"un başında başlayıb, bundan sonra 2026-cı ilin yanvarında "Çelsi"yə işə keçib. O, London klubundan aprel ayında qovulub.

Ötən mövsüm "Paris" Liqa 1-in turnir cədvəlində 34 oyunda 44 xal toplayaraq 11-ci yeri tutub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest