"Atalanta"nın sağ cinah müdafiəçisi Marko Palestra "Çelsi" ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Zadəganlar"la müqavilə 2033-cü ilin yayına qədər nəzərdə tutulub və müddətin daha 1 il uzadılması variantını da əhatə edir. Palestranın illik məvacibi 5 milyon avro təşkil edəcək. Yaxın zamanlarda transferin rəsmən elan olunması gözlənilir.

Berqamo təmsilçisi bu keçiddən 55 milyon avrodan çox gəlir əldə edəcək. Razılaşmaya, həmçinin oyunçunun növbəti satışından əldə olunacaq gəlirin müəyyən faizi də daxil edilib.

Qeyd edək ki, perspektivli italyan futbolçu 2025/26 mövsümünü icarə əsasında "Kalyari"də keçirib. O, meydana çıxdığı 37 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ötən mövsüm A Seriyasının ən yaxşı müdafiəçisi seçilən 21 yaşlı Palestranı "Milan" və "İnter" də heyətinə qatmaq istəyirdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest