"Arsenal" baş məşqçisi Mikel Artetaya bu yay yeni müqavilə təklif edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, klub yeni müqaviləni mart ayında hazırlayıb. Qərar komandanın mövsümü necə başa vurmasından asılı olmayacaq.
Arteta özü "Arsenal"la tərəfdaşlığını davam etdirməyə qarşı deyil, lakin məşqçi hazırda mövsümün qalan oyunlarına diqqət yetirir ki, bu da London klubu üçün kuboklar baxımından çox vacib olacaq.
Qeyd edək ki, Artetanın "topçular"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, "Arsenal"a 2019-cu ilin dekabrında rəhbərlik etməyə başlayıb.
Hazırda "Arsenal" Premyer Liqada 76 xalla turnir cədvəlinə başçılıq edir və Çempionlar Liqasının finalına yüksəlib.













