06 May 2026, 09:20
FUTBOL
"Liverpul" "Leypsiq"in yarımmüdafiəçisi Assane Uedraoqonu əsas transfer siyahısına daxil edib. İngilis nəhəngi 19 yaşlı futbolçu üçün təxminən 40 milyon avro təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ekrem Konur paylaşıb.
Bildirilir ki, "Leypsiq" Uedraoqonun transferi üçün 45-50 milyon avroluq danışıqlara başlamağa hazırdır. "Nyukasl"ın da yarımmüdafiəçinin transferində "Liverpul"a rəqibi ola biləcəyi vurğulanır.
Qeyd edək ki, Uedraoqo bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 28 milyon avrodur.












