"Real"ın prezidenti Florentino Peres "Benfika"nın baş məşqçisi Joze Mourinyo ilə onun Madrid klubuna mümkün qayıdışı barədə danışıqlar aparıb.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, görüş videokonfrans vasitəsilə keçirilib və təxminən 1 saat davam edib. Mourinyo "Real"a qayıdışını istisna etməsə də, qəti cavab verməyib. Məşqçi bir sıra şərtlər irəli sürüb və bunlar maliyyə məsələləri ilə deyil, idman, tibbi, təşkilati və intizam məsələləri ilə bağlıdır. Peresin bu məsələlərlə bağlı mövqeyini gələn həftə bildirməsi gözlənilir.

Qeyd edək ki, 63 yaşlı Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib və komanda ilə İspaniya çempionu olub, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb. O, 2025-ci ilin sentyabrından "Benfika"ya rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest