"Bu stadionda daha əvvəl heç vaxt buna bənzər hisslər yaşamamışdım. Nəticənin hamı üçün nə qədər önəmli olduğunu bilirdik. Son gücümüzə qədər mübarizə apardıq, uşaqlar möhtəşəm iş gördülər".
"Arsenal" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab matçında "Atletiko"nu 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Matc.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta oyundan sonra açıqlama verib. İspaniyalı mütəxəssis tarix yazdıqlarını deyib:
"İnanılmaz bir gecədir. Yenə birlikdə tarix yazdıq. Stadionda gördüklərimiz xüsusi və təkrarolunmaz idi. Azarkeşlərimizin yaratdığı atmosfer, onların enerjisi, hər epizodu bizimlə birlikdə yaşamaları bu axşamı fərqli və unudulmaz etdi. Bu stadionda daha əvvəl heç vaxt buna bənzər hisslər yaşamamışdım. Nəticənin hamı üçün nə qədər önəmli olduğunu bilirdik. Son gücümüzə qədər mübarizə apardıq, uşaqlar möhtəşəm iş gördülər. 20 ildən sonra və tariximizdə ikinci dəfə Çempionlar Liqasının finalına qayıtdıq.
Bilirik ki, bu səviyyədə hər rəqib nə qədər güclü və çətindir. "Atletiko" inanılmaz komandadır. Onların mübarizəsi, təklif etdikləri həllər, rəqibin qarşısını almaq üçün tapdıqları cavablar heyrətamizdir. Məhz buna görə də onlar bu mərhələyə qədər irəliləyiblər. Əgər mənim platşetimi görsəydiniz, bu oyun üçün nə qədər heyət qurduğuma, dəyişdirdiyimə və müxtəlif variantlar düşündüyümə təəccüblənərdiniz. Sonda əvvəlki oyuna nisbətən dəyişiklik etməmək qərarı mənim daxili hissim idi. Bir neçə gün əvvəl "Fulhem"ə qarşı oyunda gördüklərim məndə çox yaxşı təəssürat yaratmışdı. Artıq bazar gününə hazırlaşmağa başlamalıyıq. Çünki bizi "Vest Hem"ə qarşı növbəti çətin və maraqlı oyun gözləyir. Bunun üçün cəmi dörd günümüz var".
Qeyd edək ki, "Arsensl" finalda "Bavariya" - PSJ cütünün qalibi ilə üz-üzə gələcək.


 (1)_1778066809.jpg)
_1778065196.jpg)








