"Monako" rəhbərliyi "Barselona"dan icarəyə götürdüyü ispaniyalı cinah oyunçusu Ansu Fatini almaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.

Ötən yay "Monako" Fatiyi cari mövsümü üçün "Barselona"dan icarəyə götürüb və müqaviləyə 11 milyon avroluq transfer seçimi daxil də edilib. İndi isə Fransa klubu transfer seçimini aktivləşdirmək qərarına gəlib. "Barselona" isə 23 yaşlı ispaniyalı futbolçunu geri almaq hüququnu özündə saxlayacaq.

Qeyd edək ki, Fati bu mövsüm bütün yarışlarda "Monako"da 28 oyunda 11 qol vurub. "Transfermarkt" hazırda İspaniya millisinin keçmiş oyunçusunu 15 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest