06 May 2026, 13:53
FUTBOL
"Mançester Yunayted" "Atalanta"nın yarımmüdafiəçisi Edersonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
"Qırmızı şeytanlar" artıq braziliyalı futbolçu ilə danışıqlara başlayıb. "Mançester Yunayted" 26 yaşlı oyunçuya illik 4,5 milyon avro maaş təklif edib.
Premyer Liqa nəhəngi futbolçu ilə anlaşsa, onun klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, Ederson bu mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə keçirdiyi 29 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Braziliya millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi gələn ilin yayına başa çatır.










 (1)_1778066809.jpg)
_1778065196.jpg)
_1778064537.jpg)