"Zaltsburq"un müdafiəçisi Yannik Şüster karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, avstriyalı müdafiəçi "Brentford"a keçəcək. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Brentford" 19 yaşlı mərkəz müdafiəçisi üçün Avstriya klubuna 18+2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Yannik Şüster bu mövsüm "Zaltsburq"un heyətində keçirdiyi 30 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest