Futbol üzrə Azərbaycan I Liqasında XXV turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün mövsümün çempionu müəyyənləşə bilər.

Lider "Şəfa" Buzovna qəsəbə stadionunda autsayder "Difai" ilə üz-üzə  gələcək. Qonaqlar qələbə qazansa, mövsümün bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirəcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Şəfa" 24 turdan sonra 53 xal toplayıb. İkinci yerdə gedən "Səbail"in isə 46 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest