PSJ-nin yarımmüdafiəçisi Kristofer Nkunku karyerasını Almaniyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı orta sahə oyunçusu "Leypziq"lə anlaşıb.

Klublar arasında danışıqlar böyük ölçüdə müsbət nəticələnib. Razılığa əsasən, Bundesliqa təmsilçisi qarşı tərəfə 20 milyon avro ödəyəcək. Fransa çempionu həmçinin müəyyən məbləğdə bonuslar da əldə edə bilər.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Kristofer Nkunku 2015-ci ildən əsas komandada yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest