AFFA "Qarabağ"ın daha bir futbolçusunu milliləşdirmək istəyir. Matc.az xəbər verir ki, bu iddia ilə "La Nueva Espana" nəşri çıxış edib.

Bildirilir ki, assosiasiya ispaniyalı yarımmüdafiəçi Miçelə bununla bağlı təklif göndərib. 34 yaşlı orta sahə oyunçusunun gələn il ölkəmizdə 5 ili tamam olacaq və ondan sonra Miçel qaydalara görə, yerli vətəndaşlıq almaq hüququna malik olacaq. Miçel bu təklifi qəbul edəcəyi təqdirdə, onun Azərbaycan millisində iştirakı üçün bir əngəl qalmayacaqdı. Belədə futbolçu iki il əvvəl milliləşdirilən komanda yoldaşı Riçard Almeyda kimi, gələn ildən yığmamızın formasını geyinə bilərdi.

Lakin ispaniyalı oyunçu buna müsbət yanaşmayıb. O, bütün diqqətini "Qarabağ"ın oyunlarına yönəltmək istədiyini bildirərək, assosiasiyanın təklifini qəbul etməyib.

Qeyd edək ki, Miçel bu yay "Qarabağ"la yeni 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest