Ümumiyyətlə, kubok tarixi ərzində 18 komanda finalda iştirak edib: “Neftçi”, “Qarabağ” – 11, “İnter” (indiki “Şamaxı”) – 6, “Xəzər Lənkəran”,

“Qarabağ” tarixində 11-ci, “Zirə” 2-ci dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Matc.az xəbər verir ki, Ağdam klubu da turnirin rekordunu təkrarlayıb.
 
İkndiyə qədər yalnız “Neftçi” 11 dəfə həlledici görüşdə iştirak edib. “Qarabağ” əvvəlki 10 finalın 7-də kuboku başı üzərinə qaldırıb. 1993, 2005-06, 2008-09, 2014-15, 2015-16, 2016-17 və 2021-22 mövsümlərində turnirin qalibi olan “Qarabağ” 3 dəfə (1995-96, 1997-98, 1999-2000) həlledici qarşılaşmada uduzub.
 
“Zirə” hərəyə iki dəfə yarımfinal səddini keçən klublara çatıb. Buna “Kür Nur”, “Şəmkir” və “Sumqayıt” nail olub.
Ümumiyyətlə, kubok tarixi ərzində 18 komanda finalda iştirak edib: “Neftçi”, “Qarabağ” – 11, “İnter” (indiki “Şamaxı”) – 6, “Xəzər Lənkəran”,
 
“Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Zirə” – 2, “İnşaatçı”, “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad) – 1 dəfə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest