24 Aprel 2024, 20:07
FUTBOL
"Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk cari mövsümdəki performansı ilə "Torino" və "Fiorentina" komandalarının diqqətini çəkib.
Matc.az xəbər verir ki, 3 il yarım əvvəl "Atalanta" Mirançuku 14,5 milyon avroya aldı və hazırda o, potensial olaraq ən azı 17 milyon avro məbləğində qiymətləndirilir.
2023/24 mövsümündə 28 yaşlı Mirançuk klub səviyyəsində 32 matçda iştirak edib, 4 qol vurub və 11 məhsuldar ötürmə edib. Bununla belə, Mirançukun orta oyun müddəti hər matçda cəmi 47 dəqiqədir.