O, cari Premyer Liqada 1085-ci qolun müəllifi olub. Bu, çempionatda komanda sayının 20-yə yüksəldiyi 1995-96 mövsümündən bəri ən məhsuldar mövsüm kimi tarixə düşüb.

İngiltərə Premyer Liqasının XXIX turunda keçirilən “Mançester Yunayted” – “Şeffild Yunayted” oyununda yeni rekord qırılıb. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr 42-ci dəqiqədə fərqlənməklə bunu reallaşdırıb.
 
O, cari Premyer Liqada 1085-ci qolun müəllifi olub. Bu, çempionatda komanda sayının 20-yə yüksəldiyi 1995-96 mövsümündən bəri ən məhsuldar mövsüm kimi tarixə düşüb.
 
Qeyd edək ki, qarşılaşma “Mançester Yunayted”in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest