“Aston Villa”nın parlaq çıxışı Avropa nəhənglərinin diqqətindən yayınmır. Matc.az xəbər verir ki, Birmingem klubunun Premyer Liqa və Konfrans Liqasında uğurlu nəticələri baş məşqçi Unay Emeriyə marağın artmasına səbəb olub.
 
“Barselona”dan sonra daha bir klub ispaniyalı mütəxəssisə göz dikib. Bu dəfə “Bavariya” kataloniyalılara rəqib olub. Almaniya təmsilçisi üçün əsas namizədlər Emeri və “Brayton”un çalışdırıcısı Roberto De Zerbidi. Münhenlilər üçün Emeri prioritet, De Zerbi isə alternativdi.
 
Qeyd edək ki, Unay Emeri 2016-2018-ci illərdə PSJ-ni, 2018-2019 mövsümündə isə “Arsenal”ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest