“Çelsi” müdafiəçisi Levi Koluill ilə bağlı qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı arxa xətt oyunçusunu satmağı düşünmür.
 
Hazırda PSJ və “Liverpul” İngiltərə millisinin üzvünü heyətinə cəlb etmək uğrunda mübarizə aparır. Lakin London təmsilçisi hər iki kluba Koluilli yayda satmayacağını bildirib.
 
Qeyd edək ki, Levi Koluill cari mövsüm 32 oyunda 1 qol vurub, 1 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest