"Sumqayıt"nın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo gələn mövsümdən "kimyaçılar"da çalışacaq.
O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, UEFA "A" kateqoriyalı məşqçi Edu Karo İspaniyanın "CF Esplugenc", "CF Damm", "Terrassa FC", "CF Gavà" və Səudiyyə Ərəbistanının "Al-Hilal" komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.