"Barselona"nın Joan Qamper Kubokundakı rəqibi müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu "Arsenal"ı avqustdakı görüşə dəvət edib.

Klublar arasında bu barədə artıq razılıq əldə olunub. Qarşılaşma avqustun 4-də "Nou Kamp" stadionunda baş tutacaq.

Qeyd edək ki, bu Joan Kamper Kuboku "Barselona"nın qurucusu Joan Qamperin xatirəsinə həsr olunub və ənənəvi olaraq hər il keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest