"Sabah" klubu rəsmi maskotunun hazırlanması üçün müsabiqə elan edib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Müsabiqə iyulun 30-dək keçərlidi və qalibə 2000 manat məbləğində pul mükafatı veriləcək.
Təklif edilən maskot bu xüsusiyyətlərə malik olmalıdı:
- "Sabah" klubunun dəyərlərini əks etdirməlidi;
- Klubun rəsmi rəngləri (göy, ağ) əks olunmalıdı;
- Daha öncə Azərbaycanda və xaricdə heç bir qurum tərəfindən istifadə olunmamalıdı;
- Göndərilmiş eskizdə maskotun adı, izahı və görünüşü tam əks olunmalıdı.
Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatları təklif etdikləri eskizlə birlikdə "elnur.hamidov@sabahfc.az" ünvanına "MASKOT" başlığı ilə göndərə bilərlər.